SON XƏBƏRLƏR

İranda epidemiya ilə balı xəbərdarlıq edildi

2024.08.05, 13:41
İranda epidemiya ilə balı xəbərdarlıq edildi

Hazırda ölkədə dang qızdırması ilə bağlı vəziyyət stabildir, ancaq bu qarşıdakı aylarda dəyişə bilər.

Gunaz.tv

Bu barədə İran Səhiyyə Nazirliyinin Yolxucu Xəstəliklər Bölməsinin müdiri Şəhram Ərşi deyib.

O, avqustun sonu və sentyabr ayında Aedes ağcaqanadları üçün münbit yerli epidemiya mərkəzlərinin yaranacağı barədə xəbərdarlıq edib.

Ərşi bu səbəbdən də yaxın vaxtlarda epidemiyanın yayılacağından nigəran olduqlarını bildirib.

Qeyd edək ki, danq qızdırması yüksək qızdırma, güclü əzələ-oynaq ağrıları, səpgi, hemorragiya və limfadenopatiya ilə təzahür edən təbii ocaqlı transmissiv xəstəlikdir. Meymunlar, dələlər, quşlar, eləcə də ağcaqanadlar virus yayıcı hesab edilir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar