SON XƏBƏRLƏR

Əhmədinejad təhlükəsizlik qurumlarını tənqid etdi

2024.08.05, 15:15
Əhmədinejad təhlükəsizlik qurumlarını tənqid etdi

İranın keçmi Prezidenti Mahmud Əhmədinejad ölkənin təhlükəsizlik qurumlarını tənqid edib.

Gunaz.tv

O, vətəndaşlar və dövlətin təhlükəsizliyinə cavabdeh olan təşkilatların bir-birləri və xalqala mübarizə apardıqlarını deyib.

"Ölkədə mütləq güc sahibi olan iki təhlükəsizlik qurumu var, onlar isə sionistlərə qarşı deyil, xalqa qarşı mübarizə aparırlar, hər iki qurumun rəhbərliyi mühakimə olunmalıdır",- keçmiş Prezident bildirib.

Əhmədinejad prezidentliyi dövründə bacarıqsızlıqlarına görə iki təhlükəsizlik nazirini dəyişdiyni söyləyib. 

Qeyd edək ki, iyulun 30-dan 31-ə keçən gecə Tehranda HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə öldürülüb.

Bundan sonra İran təhlükəsizlik və kəşfiyyat qurumlarının yarıtmazlığı barədə müzakirələr genişlənib və 20-dən çox təhlükəsizlik və başqa məmurlar həbs olunub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar