SON XƏBƏRLƏR

İsmayıl Haniyənin öldürülməsi ilə bağlı cinayət işi açılıb

2024.08.06, 16:23
İsmayıl Haniyənin öldürülməsi ilə bağlı cinayət işi açılıb

İsmayıl Haniyənin Tehranda öldürülməsi ilə bağlı cinayət işi açılıb.

Gunaz.tv

Bu barədə İran Məhkəmə Sisteminin sözçüsü Əsgər Cahangiri açıqlama verib.

Cahangiri Haniyənin öldürülməsi ilə bağlı kimsənin həbs olunmadığını iddia edib.

O, həbs xəbərlərinin xarici mənbələrdən məqsədli şəkildə yayıldığını deyib.

Qeyd edək ki, bundan əvvəl İsmayıl Haniyənin öldürülməsinə görə 20-dən çox hökumət məmurunun həbs olunduğu barədə məlumatlar yayılıb.

Məlumatlarda İranın xüsusi polis bölmələrinin komandiri general Həsən Kərəminin də həbs edildiyi barədə məlumatlar yayılıb. 

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar