SON XƏBƏRLƏR

Mahmud Abbas milli razılıq hökumətinin yaradılmasını mümkün adlandırıb

2024.08.07, 08:40
Mahmud Abbas milli razılıq hökumətinin yaradılmasını mümkün adlandırıb

Fələstin lideri Mahmud Abbas bildirib ki, Fələstində milli razılıq hökumətinin yaradılması ilə bağlı məsləhətləşmələr Qəzza zolağında hərbi əməliyyatlar dayandırıldıqdan sonra başlayacaq.

Gunaz.tv

Bu barədə RİA Novosti məlumat yayıb.

Abbas qeyd edib ki, HƏMAS hərəkatı milli barışıq şərtlərini qəbul edərsə, Qəzzada müharibə başa çatdıqdan sonra milli birlik hökumətinin formalaşdırılması ilə bağlı nəzərdə tutulan məsləhətləşmələr başlayacaq.

Onun sözlərinə görə, artıq 3 aydır ki, Fələstində siyasi qruplaşmalara aid olmayan peşəkar kadrlardan formalaşmış texnokratik hökumət fəaliyyət göstərir.

Abbas vurğulayıb ki, hazırda Fələstin hakimiyyəti üçün prioritet İsrailin Qəzza zolağına təcavüzünə son qoymaqdır.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar