SON XƏBƏRLƏR

Sünni din xadimi edamları pislədi

2024.08.10, 11:54
Sünni din xadimi edamları pislədi

Sistan və Bəlucistan əyalətinin sünni din xadimi, miliyyətcə bəluc olan Məkki məscidinin cümə imamı Əbdülhəmid Moləvi İranda edam sayının artmasından nigəranlığını bildirib.

Gunaz.tv

O, bu barədə avqustun 9-da cümə namazı çıxışında danışıb.

Edamın din qaydalarına zidd olduğunu deyən cümə imamı, edaların çoxunun narkotik maddələrin alveri cinayətləri ilə olduunu və bu cəza növünün problemin həll olunması ilə nəticələnmədiyini söyləyib.

Son vaxtlar siyasi məhkumlar, xüsusən qadın əhbuslar barədə də edam hökmlərinin çıxarıldığına diqqət çəkən Moləvi Əbdülhəmid, bu cəza növünün dayandırılmasını istəyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar