SON XƏBƏRLƏR

Təhlükəsizlik sahəsində ciddi çatışmazlıqlarımız var - İranlı siyasətçi

2024.08.14, 14:00
Təhlükəsizlik sahəsində ciddi çatışmazlıqlarımız var - İranlı siyasətçi

Ölkədə təhlükəsizlik sahəsində ciddi çatışmazlıq və boşluqlar var, bunu heç kəs inkar edə bilməz.

Gunaz.tv

Bu sözləri İran parlamentinin Qoşaçaydan olan keçmiş millət vəkili Cahanbəxş Mohebbiniya "Ruydad 24" saytına müsahibəsində deyib.

O, xüsusən son bir neçə il ərzində bölgə agentlərinin İrana sızdıqlarını, bir sıra əməliyyatlar keçirdiyini söyləyib.

"Buna görə də, bu sahədə olan boşluqları inkar etmək sadəlövhlük olardı",- deyə azərbaycanlı siyasətçi bildirib.

Qeyd edək ki, ekspertlər İsmayıl Haniyənin Tehranda öldürülməsini İranın kəşfiyyat və təhlükəsizlik sisteminin uğursuzluğu kimi qiymətləndirirlər.

Ölkənin Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) büdcəsinin 10 dəfə artırılmasına baxmayaraq, qurum davamlı məğlubiyyətlərə uğrayır.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar