SON XƏBƏRLƏR

Azərbaycanlı məhbus kor ola bilər

2024.08.15, 12:25
Azərbaycanlı məhbus kor ola bilər

2022-ci ilin sentyabr ayında başlayan ümumi etiraz aksiyalarında həbs edilən azərbaycanlı idmançı Səhənd Nurməhəmmədzadə kor ola bilər.

Gunaz.tv

Bu barədə onun vəkili Hamid Əhmədi xəbərdarlıq edib.

"10 ail azadlıqdan məhrum edilən və hazırda Kirmanın Kəhnuc həbsxanasında saxlanılan Səhənd Nurməhəmmədzadənin gözlərində ciddi problemlər var və o müalicə olunmayacağı təqdirdə kor olacaq",- deyə vəkil bildirib.

Onun sözlərinə görə, bu barədə Tibbi Ekspertiza Mərkəzi və həkimlərin arayışı olmasına baxmayaraq, ədliyyə sistemi məhkumun xəstəxanadan qıraq müalicə və əməliyyat olunmasına icazə vermir.

Qeyd edək ki, Səhənd Nurməhəmmədzadı 2022-ci il oktyabrın 4-də Tehran şəhərində həbs edilib və dekabrın 3-də barəsində edam hökmü çıxarılıb.

26 yaşlı gənc etiraz aksiyaları zamanı zibil qutularını yandıraraq yolu bağlamaqda, ictimai nəqliyyatın fəaliyyətinə mane olmaqda günahlandırılıb, edam cəzasına məhku edilib.

O, barəsində çıxarılan qərardan şikayət etdikdən sonra ölüm hökmü 10 il azadlıqdan məhrumetmə və 10 il sürgün cəzası ilə dəyişdirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar