SON XƏBƏRLƏR

İranın 10 əyalətində çörək bahalaşdı

2024.08.17, 13:26
İranın 10 əyalətində çörək bahalaşdı

Çörəyin bahalaşması ilə bağlı ehtimallar reallaşdı və ölkənin 10 yalətində çörəyin qiyməti daha 25% artdı.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, 10 əyalətdə çörək qiymətinin bahalaşması rəsmi şəkildə elan olunub və bir neçə əyalətdə də bu barədə rəsmi tapışırıq olmadan qiymət qaldırılıb.

Çörəyin bahalaşmasına ilə bağlı Təqaüdçülər Şurası bəyanat yayıb.

Bəyanatda əmk haqları və təqaüdlərin artırılmamasına görə etirazların genişləndiyi bir vaxtda, çörəyin qiymətinin bahalaşdırılması vətəndaşları saymamazlıq kimi qiymətləndirilib.

Qeyd edək ki, 2023-cü ildə İranın 14 əyalətində çörəyin qiyməti 40% bahalaşıb.

Bundan sonra baş verən etirazlara cavab olaraq İbrahim Rəisi bunun bir daha baş verməyəcəyi barədə söz verib, ancaq onun bu vədi özünü doğrultmayıb.

İranın vaxtkı iqtisadiyyat naziri Ehsan Xanduzxi qiymət artımının əyalət məsullarının təklifi və Daxili İşlər Nazirliyinin təsdiqi ilə həyata keçirildiyini deyib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar