SON XƏBƏRLƏR

Qeydiyyat vİdarəsi "Volkan" adına sənəd verməkdən imtina edib

2024.08.21, 12:51
Qeydiyyat vİdarəsi "Volkan" adına sənəd verməkdən imtina edib

İran Qeydiyyat İdarəsinin Təbriz bölməsi azərbaycanlı uşağa"Volkan" adına sənəd verməkdən imtina edib.

Gunaz.tv

Bu barədə uşağın atası Rəhman Azərmi Rad məlumat yayıb.

Bildirilib ki, Volkan adının əcnəbi, qeyr-İran adı olduğuna və İran mədəniyyəti ilə heç bir bağlılığı olmadığına görə bu ada sənəd verilməsinin mümkün olmadığı deyilib.

"Bundan sonra təbrizli uşağa Alpay adı seçilib, vəkil Əsgər Məhəmmədinin səyləri nəticəsində 19 ay mübarizədən sonra bu ada sənəd almaq mümkün olub",- deyə məlumatda bildirilib.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir.

Qeydiyyat İdarəsinin iddiasına görə, siyahıda olmayan adlar əcnəbi ad hesab edilir və iranlı kimliyi ilə ziddiyyət təşkil edir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar