SON XƏBƏRLƏR

Din xadimi Prezidentə səsləndi: Siyasi məhbusları azad et!

2024.08.24, 11:01
Din xadimi Prezidentə səsləndi: Siyasi məhbusları azad et!

İranın Sistan və Bəlucistan əyalətində yaşayan sünni etnik bəlucların nüfuzlu din xadimi Moləvi Əbdülhəmid siyasi məhbuslarla bağlı Məsud Pezeşkiana çağırış edib.

Gunaz.tv

O, bu barədə avqustun 23-də Zahidan şəhərində cümə namazı çıxışında deyib.

Din xadimi Prezident və millət vəkillərinin siyasi məhbuslarla görüşməsini, onların problemlərinin müzakirə edilməsini və hamısının sərbəst buraxılmasını tələb edib.

Vətəndaşların məişət problemləri qarşısında aciz qaldığını deyən Moləvi Əbdülhəmid, hökuməti iqtisadiyyatı bərbad etməkdə günahlandırıb.

"Xarici və daxili siyasət korrektə olunmayana qədər iqtisadi vəziyyəti yaxşılaşdırmaq mümkün deyil. Valyutanın devalvasiyası və iqtisadi vəziyyətə görə hər kəs çətinlik çəkir”,- din xadimi bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar