SON XƏBƏRLƏR

İranda 300 növ dərman çatışmır

2024.08.24, 12:51
İranda 300 növ dərman çatışmır

Hazırda ölkədə 300 növ dərman çatışmır və bu xüsusilə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların və xüsusi xəstələrin ağır vəziyyətə düşmələrinə səbəb olub.

Gunaz.tv

Bu sözləri İranın səhiyyə naziri Məhəmmədrza Zəfərqəndi deyib.

Nazir problemin həlli üçün yeni hökumətin valyuta ehtiyatından ayrıca vəsait ayrımağı düşündüklərini bildirib.

Qeyd edək ki, iki gün əvvəl İran Əczaçılar Birliyi Məsud Pezeşkiana məktub yazaraq 5 aydır dövlətin onlara heç bir ödəniş etmədiyini bildirib.

"Məhsullarımızın pulu dövlət qurumları tərəfindən ödənilmədiyinə görə, istehsal və alıcılıq imkanlarımız tükənib və bu apteklərdə dərmanların azalmasına səbəb olub",-məktubda qeyd olunub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar