SON XƏBƏRLƏR

Abbas İraqçı proksi qüvvələrlə bağlı danışdı- Dəstək verəcəyik

2024.08.24, 17:07
Abbas İraqçı proksi qüvvələrlə bağlı danışdı- Dəstək verəcəyik

Məsud Pezeşkian hökumətinin xarici işlər naziri Abbas Əraqçı İranın bölgədəki proksi qüvvələrinə dəstəyini davam etdirəcəyi barədə növbəti dəfə bəyanatla çıxış edib.

Gunaz.tv

O, bu barədə İran televizyasındakı müsahibəsində deyib.

"Livan, Fələstin və Yəmən xalqlarına dəstək olmaq 14-cü hökumətin Xarici İşlər Nazirliyinin dəyişməz siyasətlərindən biridir",- Əraqçı bildirib.

Qeyd edək ki, bundan əvvəl seçki kampaniyası zamanı Məsud Pezeşkian bölgə və dünya ölkələri ilə münasibətlərin yaxşılaşdıılacağına çalışacağını deyib.

Seçkidən sonra Pezeşkian və onun xarici işlər nazirinin bölgədəki qanunsuz silahlı qruplaşmalara dəstək bəyanatları, Tehranın gərginliyi bundan sonra da davam etdirmək niyyətində olduğuna dəlalət edir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar