SON XƏBƏRLƏR

Bağırxan evi tamamilə dağılmaq üzrədir

2024.08.29, 14:36
Bağırxan evi tamamilə dağılmaq üzrədir

Məşrutə Hərəkatının rəhbərlərindən olan Bağır xanın Təbrizdə yerləşən tarixi evi baxımsızlıq ucbatından tamamilə dağılmaq üzrədir.

Gunaz.tv

Bu barədə yerli mədəni fəallar məlumat yayıblar.

Məlumata görə, Mədəni İrs Təşkilatı və başqa əlaqədar dövlət qurumları tarixi memarlıq nümunəsinin bərpası və qorunması tələblərinə əhəmiyyət verməyiblər.

"Buna görə, hazırda tarixi abidə məişət tullantıları ilə çirkləndirilib, narkomanların sığınacaq yerinə çevrilib",- məlumatda deyilir.

Qeyd edək ki, Bqir xan evi bundan əvvəl 2020-ci ildə milli əsərlər siyahısına salınsa da, tikilinin bərpası və qorunması üçün vəsait ayrılmayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar