SON XƏBƏRLƏR

Son bir ayda İranda jurnalistlərə qarşı təzyiqlər 5 dəfə artıb

2024.09.03, 10:34
Son bir ayda İranda jurnalistlərə qarşı təzyiqlər 5 dəfə artıb

İranda jurnalistlərə təzyiqlər davam etməkdədir və avqust ayında jurnalistlər barədə çıxarılan cəza qərarları iyul ayı ilə müqayisədə 5 dəfə artıb.

Gunaz.tv

Bu barədə Azad İnformasiya Axışını Müdafiə Təşkilatı məlumat yayıb.

Bildirilib ki, son bir ay ərzində 18 jurnalist və media orqanına qarşı 22 cinayət işi açılıb, 8 jurnalist həbs edilib.

Qeyd edək ki, cari ilin mart ayından avqustun sonuna kimi olan hesabata əsasən İranda ümumilikdə 181 jurnalist və media qurumuna qarşı iş açılıb.

Həmin müddət ərzində azı 34 jurnalist və media fəalı saxlanılıb və ya cəzalarını çəkmək üçün həbsxanaya göndərilib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar