SON XƏBƏRLƏR

Təhlükəsizlik idarəsi milli fəalların şəxsi əşyalarını qaytarmaqdan imtina edir

2024.09.12, 11:12
Təhlükəsizlik idarəsi milli fəalların şəxsi əşyalarını qaytarmaqdan imtina edir

Təbriz şəhərinin təhlükəsizlik idarəsi barələrində məhkəmə hökmü olmamasına baxmayaraq, milli fəallar Meysəm Colani, Rza Vasiqi, Əli Lisani və Behzad Dəştinin mobil telefonlarını geri qaytarmaqdan imtina edir.

Gunaz.tv

Bu barədə fəallara yaxın mənbələr məlumat yayıb.

Adı çəkilən fəallar sentyabrın 11-də Kəleybər şəhərinin prokurorluğuna gedərək təhlükəsizlik idarəsinin onlara məxsus sənəd, telefon və başqa şəxsi əşyaları müsadirə etməsinə etirazlarını bildiriblər.

Onlar bunun heç bir məhkəmə hökmü olmadığına görə qanunsuz olduğunu deyib, əşyalarının qaytarılmasını istəyiblər.

Prokurorluq fəalların kimlik vəsiqələrini qaytarsa da, mobil telefonlarının 10 gün sonra geri veriləcəyini deyib.

Qeyd edək ki, Əli Lisani, Mehdi Lisani, Meysəm Colani, Behzad Dəşti, Rza Vasiqi və Pejman Səlimi avqustun 2-də Kəleybər rayonunun Babək qalasından qayıdan zaman həbs ediliblər.

Meysəm Colani, Rza Vasiqi, Behzad Dəşti və Pejman Səlimi bir gün sonra Kəleybər polis bölməsindən, Əli Lisani və Mehdi Lisani isə Əhər şəhərinə köçürüldükdən sonra sərbəst uraxılıblar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar