SON XƏBƏRLƏR

Tehranda siyasi məhbus intihar etdi

2024.09.12, 14:34
Tehranda siyasi məhbus intihar etdi

Tehranın Evin həbsxanasında saxlanılan siyasi məhbus Kzım Əlinəjad özünü yandırıb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

O, həbsxanada dözülməz şəraitə, məhbusların hüquqlarının pozulmasına etiraz olaraq özünə qəsd edib.

Sentyabrın 10-da ağır yanıq xəsarətləri ilə xəstəxanaya aparılan siyasi məhbusun müalicəsinin davamına icazə verilməyib, təkrar həbsxanaya qaytarılıb.

Kazım Əlinejad ötən il həbs edilib, "müqəddəsləri təhqir etmək", "ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq" və "hakimiyyətə qarşı təbliğat" ittihamlarına görə 10 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Əfv Təşkilatı İran həbsxanaları ilə bağlı yaydığı 108 səhifəlik hesabatda İranda məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar