SON XƏBƏRLƏR

İranda neft-qaz sənayesi işçiləri etiraz aksiyaları keçiriblər

2024.09.24, 12:40
İranda neft-qaz sənayesi işçiləri etiraz aksiyaları keçiriblər

Sentyabrın 23-dən başlayaraq İranın cənub bölgəsində yerləşən neft-qaz sənayesi işçiləri geniş etiraz aksiyaları keçirməyə başlayıblar.

Gunaz.tv

Bu barədə yerli mənbələr və işçi hərəkatı fəalları məlumat yayıb.

Bildirilib ki, aksiyalara Üsləviyyə, Kənqan, Cem Buşehr, Lavan, Siri neft-qaz sənaye müəssisələrində və İran körfəzində yerləşən dəniz platformalarındakı işçilər qoşulublar.

İşçilər əmək haqlarının az olması, əlavə iş saatlarına görə ödəniş edilməməsi və qanunla nəzərdə tutulan hüquqlarının pozulmasına etiraz edirlər.

Etirazçılar üzərində "ədalətli əmək haqqı qanunu həyata keçirilməlidir”, “əmək müqaviləsi icra edilməlidir”, “işçilərə qarşı qanunsuz tətbiqlərə son qoyulmalıdır” yazılmış plakatlar qaldırıblar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar