SON XƏBƏRLƏR

İranda dini azlıqlara qarşı təzyiqlər davam edir- 10 bəhai mühakimə olundu

2024.09.24, 15:45
İranda dini azlıqlara qarşı təzyiqlər davam edir- 10 bəhai mühakimə olundu

İranın İsfanah şəhərinin İnqilab Məhkəməsinin 1-ci bölməsində islam dininin bəhai təriqətinə mənsub olan 10 qadının məhkəməsi olub.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, qadın bəhailər "hökumət əleyhinə tıbliğat" ittihamına görə müdafiə çıxışı ediblər.

Bununla yanaşı sentyabrın 23-də Yəzd şəhərindən olan Sepehr Nəimi adlı başqa bir bəhai də "hökumət əleyhinə təbliğat" və "İran rəhbəri bə inqilabın banısını təhqir etmək" ittihamına görə 2 il azadlıqdan məhrum edilib.

Eyni gündə təhlükəsizlik məmurları Yəzd şəhərində Fəriba Əştəri adlı başqa bir bəhainin evinə hücum edibb, onun telefon, kompute4r və başqa şəxsi əşyalasrını müsadirə ediblər.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran konstitusiyası bəhai dinini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai dininə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar