SON XƏBƏRLƏR

Milli fəalın vəziyyəti ağırdır

2024.09.26, 14:09
Milli fəalın vəziyyəti ağırdır

Ərdəbil şəhərinin həbsxanasında saxlanılan 77 yaşlı vəkil və milli hərəkat fəalı Pərviz Siyabi Gürcani müxtəlif xəstəliklərdən əziyyət çəksə də, onun müalicəsinə icazə verilmir.

Gunaz.tv

Bu barədə yerli insan haqları fəalları məlumat yayıb.

Bildirilib ki, həkimlər Siyabinin yaşının çox olması və müxtəlif xəstəliklərdən əziyyət çəkdiyinə görə, onun 6 illik həbs cəzasından azad edilməsi və ya ev həbsinə buraxılması ilə bağlı arayış veriblər.

Buna baxmayaraq, məhkəmə və həbsxana rəhbərliyi bununla razılaşmayıb və fəalın həyatının təhlükədə olmasına əhəmiyyət vermirlər.

"Pərviz Siyabinin vəziyyətinin ağır olması ilə bağlı Tibbi Eksoertiza Mərkəzinin həkimləri də arayış veriblər. Ancaq 77 yaşlı milli fəal həbsxanada olan sexlərdən birinin anbarında işlədilir",- deyə məlumatda bildirilib.

Qeyd edək ki, Pərviz Siyabi Xuzistan ərəblərinin su qıtlığı ilə bağlı etirazlarına dəstək verdiyi üçün 25 iyul 2021-ci ildə təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

O, “rejimə qarşı olan media ilə əlaqə saxlamaq və sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində sistemin bütünlüyünə və prinsiplərinə qarşı çıxmaq məqsədilə müsahibələr vermək" ittihamı ilə 6 il azadlıqdan məhrum edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar