SON XƏBƏRLƏR

Təbrizdə benzin qıtlığı yaşanır

2024.09.27, 14:14
Təbrizdə benzin qıtlığı yaşanır

Təbriz şəhərində elektrik enerjisinin verilişində kəsintilərlə eyni vaxtda benzin çatışmazlığı da yaşanır.

Gunaz.tv

Bu barədə Təbrizin yerli mediası məlumat yayıb.

Təbriz Neftayırma Zavodu əyalətin yanacaq tələbatını qarşılamaq gücündə olmadığı səbəbindən şəhərdə bir çox yanacaqdoldurma məntəqəsi fəaliyyətini dayandırıb.

Şərqi Azərbaycan əyalətinin Milli Neft Məhsullarının Paylama Şirkətinin direktoru Nasir Raşidi faktı təsdiqləyib.

"Zavodun istehsal etdiyi benzin əyalətin gündəlik ehtiyaclarını təmin etməyə qadir deyil. Hazırda Şərqi Azərbaycanda gündəlik 1.5, 2 milyon litr arası benzin çatışmazlığı yaşanır",- Raşidi bildirib.

O, hökumətin İsfahandan Şərqi Azərbaycana yanacaq tədarükü barədə göstəriş verdiyini, ancaq yanacaq tankerlərinin çatışmazlığı səbəbindən bunun baş tutmadığını söyləyib.

Mütəxəssislər və siyasi fəalların fikrincə, İranın fərqli bölgələrində qeyri-bərabər inkişaf və fərqli bölgələr üçün düzgün planlaşdırmanın aparılmaması, həmçinin bəzi bölgələrdə enerji sektoruna kifayət qədər investisiya qoyulmaması bu cür problemlərin əsas səbəblərindən biridir.

Ümumiyyətlə, Güney Azərbaycan əyalətlərində hərtərəfli enerji təchizatı, o cümlədən elektrik enerjisi, su və təbii qaz təchizatı çatışmazlığı yaşanır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar