SON XƏBƏRLƏR

Şiraz həbsxanasında 21 məhbus edam edilib

2024.09.30, 11:23
Şiraz həbsxanasında 21 məhbus edam edilib

11 gün ərzində İranın Şiraz şəhərinin Adilabad həbsxanasında 21 məhkum edam edilib.

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Bildirilib ki, edam edilənlərin arasında bir az yaşlı və 2 Əfqanistan vətəndaşı da var.

Onlar adam öldürməkdə və narkotik maddələrin alverində günahlandırılıblar.

Edamlarının sayının artması BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Satonun məsələyə münasibət bildirməsinə səbəb olub.

"Ədalətli mühakimə qaydalarının pozulması və hüquqi prinsiplərə əməl olunmaması ilə həyata keçirilən edamlar qanunsuz sayılır",- deyə o bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar