SON XƏBƏRLƏR

Azərbaycanlı vəkil Məhəmmədrza Fəqihi həbs cəzasına məhkum edilib

2024.10.07, 09:09
Azərbaycanlı vəkil Məhəmmədrza Fəqihi həbs cəzasına məhkum edilib

Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi Tehranda yaşayan Güney azərbaycanlı vəkil və hüquq müdafiəçisi Məhəmmədrza Fəqihi barədə ağır həbs qərarı çıxarıb.

Gunaz.tv

Bu barədə onun vəkili Zəhra Minuyi məlumat yayıb.

Minuyinin sözlərinə görə, "ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq məqsədilə toplaşmaq və əlbir olmaq"da ittiham olunan azərbaycanlı vəkil 5 il azadlıqdan məhrum edilib.

Bununla yanaşı Məhəmmədrza Fəqihinin həbs cəzasını çəkdikdən sonra 2 il müddətinə vəkillik fəaliyyətinə, ölkədən çıxışına, siyasi təşkilat və qruplara üzv olmasına qadağa qoyulub.

Qeyd edək ki, Fəqihi 2022-ci il oktyabrın 12-də Tehranda vəkillərin "etirazçıların hüquqlarının və İran Konstitusiyasının 27-ci maddəsinin pozulmasına” etiraz olaraq keçirdikləri aksiyada iştirak etdiyinə görə həbs edilmişdi. 

O, bir neçə gün saxlanıldıqdan və dindirildikdən sonra oktyabrın 25-də sərbəst buraxılmışdı.

Məhəmmədrza Fəqihi bundan öncə bir sıra milli fəalın, o cümlədən Abbas Lisaninin də müdafiəçisi kimi çıxış edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar