SON XƏBƏRLƏR

Pezeşkianın ofisi qarşısında etiraz edənlər döyüldü

2024.10.07, 11:36
Pezeşkianın ofisi qarşısında etiraz edənlər döyüldü

İran Prezidenti Məsud Pezeşkianın Tehrandakı ofisi qarşısında etiraz aksiyası keçirməyə cəhd edən polad sənayesinin təqaüdçüləri döyülüb, bir neçə nəfər yaralanıb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Hüquqlarının pozulması, təqaüd haqlarının ödənilməməsinə etiraz etmək istəyənlərdən bir neçəsi də həbs edilərək naməlum yerə aparılıb.

Bundan sonra Əhvaz və Şuş şəhərlərində döyülən və həbs edilənlərə dəstək aksiyası keçirilib.

Adı çəkilən şəhərlərdə polad sənayesinin təqaüdə çıxmış işçiləri həmkarlarının döyülüb və həbs edilməsinə etiraz edib, Məsud Pezeşkianı seçki qabağı verdiyi vədləri unutmaqda günahlandırıblar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar