SON XƏBƏRLƏR

İrana hücumumuz ölümcül, dəqiq və qəfil olacaq - Qallant

2024.10.10, 09:40
İrana hücumumuz ölümcül, dəqiq və qəfil olacaq - Qallant

İsrail raket hücumuna cavab olaraq İrana zərbə endirmək planlarından əl çəkmir.

Gunaz.tv

Bunu İsrail müdafiə naziri Yoav Qallant deyib.

"İranın hücumu aqressiv, lakin qeyri-dəqiq idi. Bizim hücumumuz, əksinə, ölümcül, son dərəcə dəqiq və ən əsası, gözlənilməz olacaq. Onlar (iranlılar - red.) nə baş verdiyini və necə baş verdiyini başa düşməyəcəklər. Onlar sadəcə nəticələri görəcəklər", - Y.Qallant bildirib.

Qalant bir daha vurğulayıb ki, İranın zərbəsi İsrail Hərbi Hava Qüvvələrinin potensialına heç bir ziyan vurmayıb, bütün hava bazaları normal rejimdə işləyir, bir dənə də olsun təyyarə zədələnməyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar