SON XƏBƏRLƏR

Suriyadan İrana surpriz - İsrailə hücuma icazə verilməyəcək

2024.10.13, 16:26
Suriyadan İrana surpriz - İsrailə hücuma icazə verilməyəcək

Suriya prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsədin komandanlığı altında olan 4-cü diviziya İran və ona bağlı qrupların bu ölkənin ərazisindən istifadə edərək İsraili hədəf almasının qarşısını almaq üçün bir sıra tədbirlər görüb.

Gunaz.tv

Bu barədə Suriya İnsan Haqları Monitorinq Qrupu məlumat yayıb.

"Bu diviziyanın komandiri dördüncü diviziyanın qərargahı və bazaları daxilində Livan Hizbullahı və İrana bağlı qruplaşmalarının üzvlərinin silah-sursat ötürməsinə və ya yerləşmələrinə mabe olmağı əmr edib", məlumatda bildirilib.

Dördüncü diviziyanın komandanlığı həmçinin Suriya bölgələrində yerləşən qüvvələr tərəfindən Qolanda Amerika və ya İsrail qüvvələrinin hədəfə alınmasının qarşısının alınmasına göstəriş verib.

Qeyd edək ki, 4-cü diviziya əsasən Dəməşq əyalətlərində cəmləşib, bununla yanaşı İdlib və Deyr Əzzor əyalətlərində qüvvələrə malikdir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar