SON XƏBƏRLƏR

BMT nümayəndəsi əfqanistanlı miqrantlara görə İranı qınadı

2024.10.17, 16:06
BMT nümayəndəsi əfqanistanlı miqrantlara görə İranı qınadı

Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı insan haqları üzrə xüsusi məruzəçisi Riçard Bent, İran sərhəd qüvvələri tərəfindən əfqan miqrantların öldürülməsi və yaralanması xəbərlərindən dərin narahatlığını ifadə edib.

Gunaz.tv

O bu barədə özünün X hesabında yazıb.

"İranın Saravan sərhəd bölgəsində əfqanların yaralanması və öldürülməsi ilə bağlı xəbərlərdən ciddi narahatam və səlahiyyətliləri bu məsələni şəffaf şəkildə araşdırmağa çağırıram. Təcili şəffaf araşdırma tələb olunur",- deyə Benet bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl İranın Sistan və Bəlucistan əyalətinin Səravan bölgəsində bu ölkəyə keçmək istəyən 300 nəfərlik əfqanıstanlıya atəş açılıb.

İnsan haqları təşkilatlarının bildirdiyinə görə, 230-a yaxın miqrant ölüb və yaralanıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar