SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı əfqanistanlı miqrantlara görə İranı tənqid etdi

2024.10.18, 12:15
Beynəlxalq Əfv Təşkilatı əfqanistanlı miqrantlara görə İranı tənqid etdi

Beynəlxalq Əfv Təşkilatı bir neçə gün əvvəl əfqanistanlı miqrantların İran sərhədçiləri tərəfindən güllələnməsi ilə bağlı bəyanat yayıb.

Gunaz.tv

Bu barədə beynəlxalq təşkilatın media orqanında paylaşım edilib.

Beynəlxalq Əfv Təşkilatının Cənubi Asiya ofisinin oktyabrın 17-də yaydığı bəyanatda miqrantların öldürülməsi barədə təhqiqat aparılması istənilib.

Beynəlxalq Əfv Təşkilatı əfqanistanlı miqrantların güllələnməsini qorxulu hadisə adlandırıb və Talibanın Əfqanistanda hakimiyyəti ələ keçirməsindən sonra iranlı sərhədçilərin əfqanistanlı miqrantlara qarşı hücumlarının artıdığını bildirib.

“Bu hadisə ilə bağlı dərhal, şəffaf, müstəqil və effektiv araşdırmalar aparılmalı və günahkarlar məsuliyyətə cəlb olunmalıdırlar”,- bəyanatda vurğulanıb.

Əfqanıstanın BMT-dəki daimi nümayəndəliyi də iranlı sərhədçilərin əfqan qaçqınlarına atəş açmasını pisləyib və bu hadisənin araşdırılmasını tələb edib.

Qeyd edək ki, bir neçə gün əvvəl İranın Sistan və Bəlucistan əyalətinin Səravan bölgəsində bu ölkəyə keçmək istəyən 300 nəfərlik əfqanıstanlıya atəş açılıb.

İnsan haqları təşkilatlarının bildirdiyinə görə, 230-a yaxın miqrant ölüb və yaralanıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar