SON XƏBƏRLƏR

2 güneyli fəal barədə həbs qərarı çıxarıldı

2024.10.21, 09:30
2 güneyli fəal barədə həbs qərarı çıxarıldı

Evin həbsxanasında saxlanılan milli-mədəni fəal Mürtəza Pərvin və hüquq müdafiəçisi, vəkil Tahir Nəqəvi həbs cəzasına məhkum ediliblər.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Bildirilib ki, Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi fəalları "hökumətə qarşı təbliğat" və "milli təhlükəsizliyə zərbə vurmqaq üçün toplaşmaq və əlbir olmaq"da günahlandırıb.

Bu ittihamlara görə də, Mürtəza Pərin və Tahir Nəqəvi hər biri 6 il azadlıqdan məhrum edilib.

Bununla yanaşı məhkəmənin başqa bir qərarına görə, Tahir Nəqəvi həbs müddəti bitdikdən sonra, 2 il müddətinə ölkədən çıxışına, ictimai fəaliyyətinə və qruplara üzv olmasına qadağa qoyulub.

Xatırladaq ki, fevralın 6-da Mürtəza Pərvin Ərdəbildə, Tahir Nəqəvi isə Kərəc şəhərində həbs ediliblər.

Həmin tarixdə təhlükəsizlik məmurları fəalların evinə hücum edib, onları saxladıqdan sonra evlərində axtarış aparıb və onlara məxsus bir sıra şəxsi əşyaları müsadirə ediblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar