SON XƏBƏRLƏR

Məhbus fəalın müalicəsinə icazə verilmədi

2024.10.24, 11:16
Məhbus fəalın müalicəsinə icazə verilmədi

Tehranın Evin həbsxanasında saxlanılan milli fəal və vəkil Tahir Nəqəvinin xəstəxanaya göndərilməsinə icazə verilməyib.

Gunaz.tv

Bu barədə yerli insan haqları fəalları məlumat yayıb.

Bildirilib ki, azərbaycanlı vəkil həbsxana paltarı və qandaldan imtina etdiyinə görə, həbsxana rəhbərliyi onun xəstəxanaya göndərilməsinin qarşısını alıb.

Qeyd edək ki, Tahir Nəqəvi fevralın 6-da Kərəc şəhərində həbs edilib.

Təhlükəsizlik məmurları fəalların evinə hücum edib, onları saxladıqdan sonra evlərində axtarış aparıb və ona məxsus bir sıra şəxsi əşyaları müsadirə ediblər.

Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi Nəqəvini "hökumətə qarşı təbliğat" və "milli təhlükəsizliyə zərbə vurmqaq üçün toplaşmaq və əlbir olmaq"da günahlandırıb, ona və 6 il həbs cəzası verib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar