SON XƏBƏRLƏR

Milli fəallar barədə həbs cəzası çıxarıldı

2024.10.26, 12:10
Milli fəallar barədə həbs cəzası çıxarıldı

Tehranın İnqilab Məhkəməsnin 15-ci bölməsi milli fəallar Səid Minayi və Aydın Məhəmmədi barədə həbs qərarı çıxarıb.

Gunaz.tv

Qərar fəalların vəkllərinə bildirilib.

Səid Minayi “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamına görə 5 il azadlıqdan məhrum edilib.

Aydın Məhəmmədi barədə isə “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq” və “sistemə qarşı təbliğat” ittihamlarına görə 3 il həbs cəzası verilib.

Qeyd edək ki, binablı fəal Səid Minayi fevralın 6-da təhlükəsizlik məmurları tərəfindən həbs edilib,Təbrizin təhlükəsizlik təcridxanasında dindirildikdən sonra fevralın 11-də Tehran həbsxanasına köçürülüb.

O, mart ayının 13-də 700 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Şair, yazıçı və media fəalı Aydın Məhəmmədi isə 2024-cü ilin fevral ayının 6-da Ərdəbil şəhərində saxlanılıb və Evin Həbsxanasının 209-cu Palatasına köçürülüb. 

O, bir neçə həftə həbsdə qaldıqdan sonra 800 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar