SON XƏBƏRLƏR

Hədəfimiz İranı məhv etməkdir - Netaniyahu

2024.10.29, 10:26
Hədəfimiz İranı məhv etməkdir - Netaniyahu

İsrailin baş naziri Benyamin Netanyahu İrana hava hücumundan danışıb və uzunmüddətli hədəflərinin İranı yox etmək olduğunu deyib.

Gunaz.tv

O, uzunmüddətli strategiyalarının İranın şər oxunu ortadan qaldırmaq olduğunu və bu məqsədlərindən əl çəkməyəcəklərini söyləyib.

Baş nazir İsrail parlamenti Knessetdə çıxışı zamanı İrana qarşı hava hücumu ilə bağlı açıqlamalar verib.

İrana hava hücumunun hərtərəfli olduğunu deyən Netanyahu Tehranın bölgədəki proksi qüvvələrinin İsrailin hücumunu dəf edə bilmədiklərini bildirib.

"İrandakı hərbi bölgələr hədəf alınıb və hücum uğurla başa çatıb",- Benyamin Netaniyahi əlavə edib.

Qeyd edək ki, oktyabrın 26-da İsrailin İrann 3 əyalətindəki hərbi hədəflərə hava hücumu nəticəsində hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb.

Bununla yanaşı PUA istehsalı və başqa hərbi təyinatlı təsisatlarda dağıdılıb.

İran hava hücumu nəticəsində şəkildə 4 hərbçisinin öldüyünü açıqlasa da, qreyri-rəsmi məlumatlarda 20 hərbçinin öldüyü və 30 nəfərinin isə yaralandığı bildirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar