SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda quraqlıq şiddətlənəcək

2024.10.29, 14:36
Şərqi Azərbaycanda quraqlıq şiddətlənəcək

Son mövsümi yağışların kəskin azalması qarşıdakı vaxtlarda, xüsusən yaz və yay aylarında Şərqi Azərbaycan əyalətində quraqlığın daha da şiddətlənəcəyindən xəbər verir .

Gunaz.tv

Bu barədə əyalətin Meteorologiya Baş direktoru Həbib Əbdüli xəbərdarlıq edib.

Onun sözlərinə görə, cari yağıntı mövsümündə, yəni 27 sentyabr-27 oktyabr arası əyalətə düşən yağış miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 74.5% azalıb.

Bununla eyni vaxtda yerli ekoloq və mütəxəssislər əlaqədar dövlət qurumlarının yağış və yeraltı suların idarə olunması üçün tədbirlər görmədiklərini tənqid ediblər.

Onların fikrincə, yağıntıların azalmasından daha çox mövcud su qaynaqlarından plansız şəkildə istifadə quraqlığın artmasına səbəb olur.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar