SON XƏBƏRLƏR

İsraildən terror təşkilatının yeni rəhbərinə xəbərdarlıq - Nəsrullahın yolunu getmə

2024.10.30, 11:19
İsraildən terror təşkilatının yeni rəhbərinə xəbərdarlıq - Nəsrullahın yolunu getmə

Hizbullah terror təşkilatının Naim Qasimin silahlı qruplaşmanın yeni baş katibi vəzifəsinə təyin edilməsi barədə rəsmi açıqlamasından bir neçə saat sonra İsrail onu vəzifədən uzaqlaşdırmaq üçün işlərə başlayacağı ilə hədələyib.

Gunaz.tv

İsrail xəbərdarlıq edib ki, Naim Qasim Hizbullahın siyasətini dəyişməsə, onun baş katiblik müddəti tezliklə başa çata bilər.

Bu barədə İsrail hökuməti özünün rəsmi sosial media hesabında paylayış edib: “Əgər Qasim sələfləri Həsən Nəsrullah və Haşim Səfiuddinin yolunu davam etdirsə, onun bu vəzifədəki müddəti bu təşkilatın tarixində ən qısa müddət ola bilər." - deyə paylaşımda vurğulanıb.

Qeyd edək ki, İsrailin müdafiə naziri Yoav Qallant da Hizbullahın yeni təyinatı ilə bağlı sosial media hesabında paylaşım edərək "müvəqqəti təyinat, uzun sürməyəcək" sözlərini yazıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar