SON XƏBƏRLƏR

Bəhai sənətçi 11 il həbs cəzasına məhkum edildi

2024.10.30, 12:19
Bəhai sənətçi 11 il həbs cəzasına məhkum edildi

İslam dininin bəhai təriqətinə mənsub olan tanınmış musiqiçi və mədəni fəal Behrad Azərqan 11 il azadlıqdan məhrum edilib.

Gunaz.tv

Bu barədə Beynəlxalq Bəhai İcması məlumat yayıb.

Tehranın İnqilab Məhkəməsi sənətçini "hökumətə qarşı təbliğat", "bəhai icmasına üzv olmaq" və "yalan məlumatlar yaymaq"da günahlandırıb.

Bununla yanaşı Behrad Azərqanın həbsdən sonra 2 il ölkədən çıxışına, ictimai fəaliyyətlərinə və sosial mediadan istifadəsinə də qadağa qoyulub.

Musiqiçinin həbs edildiyi və evində axtarış aparıldığı zaman müsadirə olunan şəxsi əşyaların da ona qaytarılmamasına qərar verilib.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran konstitutsiyası bəhai dinini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai dininə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar