SON XƏBƏRLƏR

İranlı həkimlərin xaricə miqrasiyası artıb

2024.10.30, 13:13
İranlı həkimlərin xaricə miqrasiyası artıb

Ölkədə həkim çatışmazlığına görə xəstələrin müalicəsi problemə çevrilib və belə davam edərsə 7-8 ildən sonra xəstələri müalicə üçün xarici ölkələrə göndərmək məcburiyyətində qalacağıq.

Gunaz.tv

Bu barədə İran Səhiyyə Nazirliyinin rəsmisi Əli Cəfərian deyib.

"İnqilabın ilk illərində xarici həkilmələrin xidmətindən istifadə etsək də, sonradan vəziyyət dəyişdi və 3 il əvvələ kimi xəstələrin xaricdə müalicə olunması az hallarda baş verirdi, indi isə bu hal artmaqdadır",- o bildirib.

Cəfərian, həkimlərinin işləmək üçün xarici ölkələrə mühacirət saylarının artdığını və yaxın gələcəkdə bu sahədə qarşısı alınmaz problemlərin ortaya çıxacağı barədə xəbərdarlıq edib.

Bundan əvvəl də həkimlərin və tibb bacılarının xaricə mühacirətinin artması ilə bağlı xəbərdarlıqlar edilib və bunun əsas səbəbinin İranda əmək haqlarının aşağı olması göstərilib.

Həmin problemlərə görə də, avqust və sentyabr aylarında İranın 37 şəhərinin 60 xəstəxanasının minlərlə tibb bacısı və həkimləri etiraz aksiyaları keçiriblər.

Onlar əmək haqlarının az olması, vaxtında ödənilməməsi, əlavə iş saatlarına görə vəsait nəzərdə tutulmaması və qanunla nəzərdə tutulan başqa hüquqlarının təmin olunmamasından narazılıq edirlər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar