SON XƏBƏRLƏR

Suriyada SEPAH-a qarşı daha bir məhdudiyyət

2024.11.09, 15:36
Suriyada SEPAH-a qarşı daha bir məhdudiyyət

Suriyada SEPAH-ın fəaliyyət imkanları və nüfuzunun məhdudlaşdırılması istiqamətində daha bir addım atılıb.

Gunaz.tv

Bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.

Məlumata görə, Bəşər Əsəd hökumət rəsmiləri və Deyr-əz-Zorun şərq ətrafının Əbu Kamal şəhərində əl-Hasun qəbiləsinin nümayəndələri arasında keçirilən görüşdə Əbu Kamalda SEPA qüvvələrinin mövcudluğunu azaltmaq barədə razılığa gəlinib.

Bildirilir ki, bu razılaşma bir müddət əvvəl SEPAH-ın 47-ci alayının üzvlərinin Əbu Kamal şəhərində Əl-Hasun tayfasının üzvlərinə məxsus avtomobili atəşə tutmasından və 3 tayfa üzvünün yaralanmasından  sonra əldə edilib. 

Qeyd edək ki, bundan əvvəl oktyabr ayının birinci yarısında da Suriya prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsədin komandanlığı altında olan 4-cü diviziya İran və ona bağlı qrupların bu ölkənin ərazisindən istifadə edərək İsraili hədəf almasının qarşısını almaq üçün bir sıra tədbirlər görüb.

Diviziyanın komandiri dördüncü diviziyanın qərargahı və bazaları daxilində Livan Hizbullahı və İrana bağlı qruplaşmalarının üzvlərinin silah-sursat ötürməsinə və ya yerləşmələrinə mabe olmağı əmr edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar