SON XƏBƏRLƏR

ABŞ: Suriyada İran hökumətinə aid 9 hədəfə hücum edilib

2024.11.12, 09:53
ABŞ: Suriyada İran hökumətinə aid 9 hədəfə hücum edilib

ABŞ Mərkəzi Komandanlığının Qərargahı (Centcom) Suriyanın iki bölgəsində İran hökumətinə aid 9 hədəfə qarşı hücumlar təşkil edib.

Gunaz.tv

Bu barədə Centcom-un yaydığı bəyanatda deyilir.

Məlumata görə, bu hücumlar İran hökumətinə bağlı qrupların anti-İŞİD əməliyyatları həyata keçirmək üçün bölgədə yerləşdirilən ABŞ və koalisiya qüvvələrinə qarşı gələcək hücumları planlaşdırmaq və həyata keçirmək imkanlarını azaldacaq.

"Bizim mesajımız aydındır ABŞ qüvvələrinə və regiondakı koalisiya tərəfdaşlarına qarşı hücumlara yol verilməyəcək. Qüvvələrimizi və koalisiya tərəfdaşlarımızı qorumaq üçün lazım olan hər şeyi etməyə davam edəcəyik və istənilən hücumlara cavab verəcəyik”,- Centcom komandiri Maykl Erik Kurilla deyib.

Qeyd edək ki, Suriya İnsan Haqları Müşahidə Qrupunun yaydığı məlumatda Əl-Məyadin və Deyr əz-Zor ətrafı bölgələrə endirilən zərbələr nəticəsində İana bağlı 13 silahlının öldüyü və yaralandığı bildirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar