SON XƏBƏRLƏR

6 ayda Ərdəbildə iş qəzalarında 375 nəfər ölüb və yaralanıb

2024.11.13, 11:41
6 ayda Ərdəbildə iş qəzalarında 375 nəfər ölüb və yaralanıb

Bu ilin aprel ayının əvvəlindən sentyabr ayının sonuna qədər, 6 ay ərzində Ərdəbil əyalətində müxtəlif sahələrdə baş verən iş qəzalarında 15 nəfər həyatını itirib, 360 nəfər isə yaralanıb.

Gunaz.tv

Bu barədə əyalətin Tibbi Ekspertiza Mərkəzi məlumat verib.

Müstəqil həmkarlar ittifaqları və sinfi fəallar Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini deyirlər.

Onların fikrincə, ölüm və yaralanma halları rəsmi statistikada göstəriləndən bir neçə dəfə çoxdur.

Fəallar iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində, təhlükəsizlik qaydalarının tətbiq edilməməsi və işçilərin qoruyucu geyim, avadanlıqlarla təmin olunmamalarını ölüm hallarının çoxalmasında əsas səbəblərdən biri kimi göstərirlər.

Qeyd edək ki, İran iş yerlərində təhlükəsizlik məsələlərinə görə dünya ölkələri arasında 102-ci yerdədir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar