O, bu gün noyabrın 13-də Tehrana yola düşmədən öncə səsləndirdiyi bəyanatda İran hökumətinin manevr imkanlarının azaldığını deyib.
“İran hökuməti başa düşməlidir ki, beynəlxalq vəziyyət hər gün daha da gərginləşir və onun manevr imkanları azalır. Ona görə də problemlərin sülh yolu ilə həllinə nail olmaq üçün diplomatik yollar tapmaq lazımdır",- Qrossi bildirib.
O, həmçinin vurğulayıb ki, Beynəlxalq Atom Enerjisi Agentliyi İranda yoxlamalar aparmaq üçün lazımi icazəyə malikdir, lakin onun daha çox nəzarətə ehtiyacı var.
"İranın nüvə proqramının əhatə dairəsi, dərinliyi və ambisiyasını nəzərə alaraq, İranın bu sahədəki fəaliyyətlərini izləmək üçün daha şəffaf üsullara malik olmalıyıq",- Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri qeyd edib.
Qeyd edək ki, Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin İrana səfərinin qarşısını alması və İranın elan olunmamış ərazilərində aşkar edilmiş uran izləri ilə bağlı dəqiq izahat verməməsi agentlikləTehran arasıdakı mübahisəli məsələlərdəndir.
GünazTV