SON XƏBƏRLƏR

İran ölüm hökmünün dayandırılmasının əleyhinə səs verdi

2024.11.19, 13:07
İran ölüm hökmünün dayandırılmasının əleyhinə səs verdi

İran Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında ölüm hökmünün dayandırılması ilə bağlı qətnamə layihəsinin əleyhinə səs verib.

Gunaz.tv

Bu barədə BMT-nin media hesabında bildirilib.

İran öz daxili qanunlarını müəyyən etmək üçün suveren hüququ olduğunu əsas gətirərək insan ləyaqətinə hörmət və insan hüquqlarının inkişafına təkid edən qətnamə layihəsinə qarşı çıxıb.

Səsvermədə 131 ölkə qətnamənin lehinə, 36 ölkə əleyhinə səs verib, 21 ölkə isə bitərəf qalıb.

İranla yanaşı ABŞ, Çin, Hindistan, Yaponiya, Səudiyyə Ərəbistanı, Pakistan, İraq, Yəmən, Suriya, Qətər və Şimali Koreya da qətnamə layihəsinin əleyhinə səs veriblər.

Qeyd edək ki, 10 oktyabr 2023-cü ildən 2024-cü ilin 10 oktyabrına kimi İranda 811 məhkum edam edilib və bu, ondan əvvəlki illə müqayisədə 33% çoxdur.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar