SON XƏBƏRLƏR

Xoşgənabda tarixi abidə məhv olur

2024.11.19, 15:03
Xoşgənabda tarixi abidə məhv olur

Şərqi Azərbaycan əyalətinin Xoşgənab bölgəsində tarixi abidə tamamilə dağılmaq üzrədir.

Gunaz.tv

Bu barədə mədəni fəallar məlumat yayaraq abidənin bərpasına çağırıblar.

Səfəvilər dövrünə aid olan abidənin 2004-cü ildə İran Milli Əsərlər siyahısına salınmasına baxmayaraq, bərpası və qorunması üçün iş görülmədiyi bildirilib.

Fəalların dediyinə görə, bundan əvvəl 2023-cü ildə də abidə ilə bağlı əlaqədar qurumlara müraciət edilsə də, bu günə günə kimi hç bir tədbir görülməyib. 

Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şərqi Azərbaycan əyalətində onlarla tarixi abidə yox olmaq üzrədir.

Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yetərli büdcə ayrılmadığını deyirlər.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar