SON XƏBƏRLƏR

Güney Azərbaycanda iş yerləri bağlandı

2024.11.19, 15:43
Güney Azərbaycanda iş yerləri bağlandı

Güney Azərbaycanın Qəzvin əyalətinin Əlbürz şəhərində 21 yeməkxana və kofeşop bağlanıb.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

İş yerlərinin bağlanmasının hicab və islam qaydalarının pozulması ilə əlaqələndirilib.

Qeyd edək ki, bu ilin aprel ayının 13-dən İranın əksər şəhərində məcburi hicab qaydaları ilə bağlı tədbirlər gücləndirilib.

Bu, vətəndaşlarla hökumət məmurları arasında qarşıdurmalara və onlarla şəxsin həbs edilməsinə səbəb olub.

Qaydaların daha da sərtləşdirilməsi isə bir müddət öncə Əli Xaməneinin məcburi hicab qaydalarının tətbiqi ilə bağlı çağırışından sonraya təsadüf edir.

"Biz heç vaxt hicab məsələsində güzəşt etməmişik, hicab bizim əsas prinsiplərimizdən biridir",- deyə Xamənei bildirmişdi.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar