SON XƏBƏRLƏR

İran təhlükəsinə qarşı istənilən addımı atacayıq - Baş nazir

2024.11.22, 15:03
İran təhlükəsinə qarşı istənilən addımı atacayıq - Baş nazir

İsrail İran və ona bağlı proksi qüvvələr qarşısında öz vətəndaşlarını qorumaq üçün istənilən addımları atacaq və heç nədən çəkinməyəcək.

Gunaz.tv

Bu sözləri İsrailin baş nazir Benyamin Netaniyahu, Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarını şərh edərkən deyib.

"İslam Respublikası, Suriya və Yəmən diktatorları tərəfindən milyonlarla insan öldürülüb didərgin salınanda bu hakimlər heç bir iş görmədilər, Haaqa məhkəməsi də HƏMAS-ın israilli kişilərin başını kəsəndə, qadınlara təcavüz edəndə, valideynlərinin gözləri qarşısında uşaqları yandıranda və yüzlərlə insanı qaçıranda, heç nə etmədi",- baş nazir xatırladıb.

Netanyahu əlavə edib ki, Haaqa onu və Yoav Gallantı mülki insanları qəsdən  hədəf almaqda ittiham etsə də, İsrail ordusu mülki şəxslərin zərər görməməsi üçün əlindən gələni edib.

Baş nazir Haaqa məhkəməsinin Netanyahu və Gallantın qəsdən Qəzzada aclıq yaratmaq siyasətini həyata keçirmələri ilə bağlı ittihamına da cavab verib:

"Bu ittihamlar İsrailin indiyədək Qəzza xalqına 700 min ton ərzaq göndərdiyi halda irəli sürülür və əsassızdır".

O, təkid edib ki,, İsrailin qələbəsi sivilizasiyanın qəddarlıq və zülm üzərində qələbəsi deməkdir.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın “insanlığa qarşı cinayətlər və müharibə cinayətləri” ilə bağlı həbsinə order verib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar