SON XƏBƏRLƏR

İran Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib

2024.11.23, 11:03
İran Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib

Rusiyanın Kazan şəhərində iki iranlı tələbə polis tərəfindən döyülərək saxlanılıb.

Gunaz.tv

Buna görə, İran Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlərNazirliyinə nota göndərib.

Məlumata görə, Rusiyanın Kazan şəhərinin Federal Universitetində vizaların yenilənməsi zamanı tələbələr arasında dava baş verib və hadisə yerinə polis gəlib.

İranlı tələbələrin israrlı davranışları mübahisənin davam etməsinə və tələbələrin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən döyülməsinə səbəb olub ki, nəticədə onlardan ikisi həbs edilib.

İranın Kazandakı Baş Konsulluğu polis tərəfindən iranlı tələbələrə qarşı kobud rəftar və yerli polisin qeyri-peşəkar davranışı ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar