SON XƏBƏRLƏR

ABŞ Avropa ölkələri ilə İran arasında danışıqların yeni raundunda iştirak etməyəcək

2024.11.26, 15:43
ABŞ Avropa ölkələri ilə İran arasında danışıqların yeni raundunda iştirak etməyəcək

ABŞ nüvə və regional məsələlərin müzakirəsi üçün noyabrın 29-da Cenevrədə keçirilməsi planlaşdırılan İran ilə üç Avropa dövləti arasında keçiriləcək danışıqlarda iştirak etməyəcək.

Gunaz.tv

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

"Biz İslam Respublikasının nüvə təhlükəsizliyi üzrə öhdəliklərinin tam yerinə yetirilməsi və bu öhdəliklərin yerinə yetirilməməsinə görə Tehranın məsuliyyət daşıması ilə bağlı avropalı tərəfdaşlarımızla sıx əlaqə saxlayır və koordinasiya edirik”,- o bildirib.

Qeyd edək ki, Tehran və London təsdiq ediblər ki, Fransa, Almaniya və Böyük Britaniya xarici işlər nazirlərinin müavinləri noyabrın 29-da İran İranın xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi ilə İranın nüvə proqramı və digər məsələləri müzakirə edəcəklər. 

Bu iclas Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurasının bu qurumla əməkdaşlıq etmədiyi üçün Tehrana qarşı çıxardığı qətnamənin təsdiqindən təxminən bir həftə sonra keçiriləcək.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar