SON XƏBƏRLƏR

Təbrizli siyasi məhbus barədə məlumat verilmir

2024.11.27, 15:06
Təbrizli siyasi məhbus barədə məlumat verilmir

Noyabrın 19-da həbs edilən ictimai fəal və siyasi məhbus Yaşar Təbrizinin talei və harada saxlanıldığı barədə məlumat verilmir.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları onun ailə üzvlərinə istinadən məlumat yayıb.

"Yaşar Təbrizi SEPAH-ın Təbrizdəki kəşfiyyat bölməsinə çağırıldıqdan sonra onun harada saxlanıldığı, vəziyyəti və ittihamları barədə məlumat ala bilməmişik. Bu, onun səhhəti ilə bağlı nigərançılığımızı dahada artırıb",- onun yaxınları bildiriblər.

Xatırladaq ki, noyabrın 12-də təhlükəsizlik məmurları məhkəmə hökmü olmadan təbrizli fəalın evinə basqın edib, axtarış aparıb və onun şəxsi əşyalarını müsadirə edib və ondan noyabrın 19-da SEPAH-ın kəşfiyyat bölməsinə getməsini istəyiblər. 

Təhlükəsizlik məmurları bundan əvvəl 14 sentyabr 2023-cü ildə də Yaşar Təbrizini həbs edərək təhlükəsizlik idarəsinin istintaq təcridxanasına aparıblar.

Bir neçə gün dindirildikdən sonra Tehranın Evin həbsxanasının 204 saylı təhlükəsizlik bölməsinə köçürülən azərbaycanlı fəal 25 aprel 2024-cü ildə girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

O, "hökumətə qarşı təbliğat"da günahlandırılıb və barəsində 1 il həbs qərarı çıxarılıb.

Yaşar Təbrizi dinc ictimai və mədəni fəalliyyətlərinə görə bir neçə dəfə həbs edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar