SON XƏBƏRLƏR

İran Suriyadakı vəziyyətə görə günahkardır - Miller

2024.12.03, 11:59
İran Suriyadakı vəziyyətə görə günahkardır - Miller

İran və Rusiya Suriyada bu ölkənin hazırkı vəziyyətinin yaranmasında böyük rol oynayan iki müdaxiləçi qüvvədir, biz bu müdaxiləyə son qoyulmasını istəyirik.

Gunaz.tv

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

“ABŞ hesab edir ki, Rusiya və İran İslam Respublikası Suriyaya müdaxiləni dayandırsalar, bu, regionun sabitləşməsinə kömək edəcək”,- o bildirib.

Miller əlavə edib ki, bu iki ölkənin müdaxiləsi on ildən artıqdır ki, Suriyada qeyri-sabitliyə səbəb olub və bu proses davam edir.

Miller İranın Suriyaya müdaxiləsini izah edərək deyib ki, Tehran Suriya hökumətinin Suriya xalqına qarşı həyata keçirdiyi hücumlara maliyyə, silah və başqa vasitələrlə dəstək verir.

ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, Vaşinqton İranın Suriyada və bütün regionda sabitliyi pozan təsirinin azalmasına nail olmaq istəyir:

“Biz ölkələr arasında diplomatik münasibətlərin əleyhinə deyilik, etiraz etdiyimiz şey İranın Suriyada və bütün regionda sabitliyi pozan əməlləridir".

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar