SON XƏBƏRLƏR

Həmanı nəzarət altına aldıqdan sonra Suriya müxalifəti Humsa doğru irəliləməyə başlayıb

2024.12.06, 10:48
Həmanı nəzarət altına aldıqdan sonra Suriya müxalifəti Humsa doğru irəliləməyə başlayıb

Suriya müxalifətiSuriyanın dördüncü böyük şəhəri olan Həma şəhərinə nəzarəti ələ keçirdikdən sonra Humsa doğru irəliləməyə başlayıb.

Gunaz.tv

Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, cümə axşamı axşam iki tərəf arasında münaqişə Həma-Hums magistralında qızışıb. Londonda yerləşən bu mərkəzin məlumatına görə, Suriya ordusu və müttəfiqlərinin qüvvələri cümə axşamı axşam Həmadan daha da uzaqlaşaraq əvvəlcə Əl-Rəstən şəhərindən, sonra isə Təlbisədən geri çəkiliblər.

Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, cümə axşamı Hums şəhərinin üsyançılar tərəfindən ələ keçirilə biləcəyindən narahat olan "on minlərlə ələvi sakini" bu şəhəri tərk edərək Tartusa gedib.

Qeyd edək ki, Hums müxaliflər tərəfindən ələ keçirilərsə iqtidar qüvvələri Əsədin qalası hesab edilən Tartus və Laziqiyyə şəhərləri ilə əlaqəni itirmiş olacaq.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar