SON XƏBƏRLƏR

KİV: Hizbullah Suriyaya qüvvə göndərib

2024.12.06, 14:24
KİV: Hizbullah Suriyaya qüvvə göndərib

Hizbullah Suriyanın Homs şəhərinə bəzi “nəzarətçi qüvvələr” göndərib.

Gunaz.tv

Bu barədə “Reuters“ öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Hizbullah müxalif qüvvələrin Homs şəhərini ələ keçirməsinin qarşısını almaq üçün gecə ərzində Livandan Suriyaya az sayda “nəzarətçi qüvvələr” göndərib.

Qeyd edək ki, Suriya mediasının məlumatına görə, müxalif qüvvələr bu gün Homs şəhərində böyük irəliləyiş əldə edib.

Suriya ordusunun zabiti və Tehrana yaxın iki regional rəsmi də “Reuters“ ə bildirib ki, Hizbullah Homsda mövqelər tutub.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar