SON XƏBƏRLƏR

Xalq hicab qanununu qəbul etmir - Keçmiş nazir

2024.12.13, 11:33
Xalq hicab qanununu qəbul etmir - Keçmiş nazir

Vətəndaşların əksəriyyəti hicab qanununu qəbul etmir və buna əməl etmək istəmirlər.

Gunaz.tv

Bunu İranın keçmiş mədəniirs naziri İzzətllah Zərğami deyib.

"Hökumət vətəndaşları bu qanuna riayət etməyə məcbur edə bilməyəcək",- o vurğulayıb.

Qeyd edək ki, uzun müddətdir tətbiqi ilə bağlı mübahisələr və müzakirələr aparılan "Hicab və iffət" qanununun tətbiqi bir neçə aylığına təxirə salındı.

Məlumatlara görə, bu barədə İran Milli təhlükəsizlik Şurası vətəndaşların etirazlarının genişlnməsindən ehtiyat edərək bu qərarı verib.

Radikal siyasi cərəyana mənsub olan siyasətçi və millət vəkilləri isə buna sərt reaksiya verib və qanunun icra edilməsinin vacibliyini vurğulayıb.

İran Prezidenti Məsud Pezeşkian dekabrn 2-də ölkə televzyasına müsahibəsində deyib ki, "Hicab və iffət" qanununun icrası mümkün deyil, cəmiyyət bunu qəbul etməyəcək və narazılıqlara səbəb olacaq.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar